Azərbaycan ordusunun aprel döyüşlərində
yaralanan və ötən gün şəhid olan kapitanı dəfn
edilib.
Movqe.az xəbər verir
ki, zabitin dəfn mərasimində rayon icra hakimiyyətinin rəsmiləri,
müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin
zabit və əsgər yoldaşları, doğmaları ilə yanaşı rayon ictimaiyyəti
də iştirak ediblər.
Şəhid zabitimizin ruhuna dualar oxunub. Sonra
şəhid zabit əsgərlərin yaylım atəşləri altında doğulduğu Göbəktala
kənd qəbiristanlığında torpağa
tapşırılıb./anspress/