WhatsApp istifadəçilərinə növbəti ŞAD XƏBƏR: "Görüntülü ..."

10 May 2016 09:00 (UTC+04:00)

Məlum olduğu kimi, hazırda WhatsApp üzərindən səsli zəng xidməti aktivdir. Amma bu, birbaşa zəng olduğu üçün o qədər də uğur qazana bilmədi. Ona görə də şirkət hazırda videozəng funksiyası üzərində işləyir.


Bununla yanaşı, WhatsApp səsli mesaj xidmətini səsli zənglərə daxil edəcək. Çünki hazırda WhatsApp-dan zəng edəndə qarşı tərəfin interneti aktiv deyilsə, sonra bu zəngi ona bildirə bilmirsiniz. Bu məqamda səsli mesaj özəlliyini də bu funksiyaya əlavə edəcək. WhatsApp zəng etdiyiniz şəxsin internet bağlantısı olanda bu səsli mesajı qarşı tərəfə çatdıracaq.


Həmçinin şirkət NFC Tag, Zip və Vcf dəstəyini də platformaya gətirməyə hazırlaşır./xeberler/