Ana və onun beşəm övladının FOTOLARI

10 May 2016 19:30 (UTC+04:00)

"Elli, Beatris, Kit, Penelopa, Tiffani və mən... 60 barmaq, 12 əl, 6 ürək. Mən, oğlum və 4 qızım..."

Avstraliyanın Qərbində, Pert şəhərində yaşayan Kim Tuççi beşəm övlad dünyaya gətirib.

Kim və Voqun ailəsində indi 6 övlad var. Elli, Beatris, Tiffani və Beatris, habelə onların qardaşları Kit bu ilin yanvarında anadan olublar.

Kimin əvvəlki nikahdan 9 yaşlı oğlu, Voqun isə ötən nikahından 2 kiçik qızı var.

Məşhur fotoqraf Erin Elizabet 26 yaşlı ananın və onun beşəm övladlarının çox gözəl fotosessiyasını hazırlayıb.

"6 uşaq saxlamaq asan deyil. Bəzən vanna otağına gedir, qapını bağlayır və orada ağlayır, ürəyimi boşaldıram. Həftədə 250 bələk dəyişirəm, hər uşağı gündə 8 dəfə yemləyirəm. Amma bəxtəvərəm..." - Kim Tuççi deyib.milli.az