"Eurovision 2016" yarışmasının 1-ci yarımfinalı İTV-də canlı yayımlanacaq

10 May 2016 15:32 (UTC+04:00)

Bu axşam İTV-də "Eurovision 2016" musiqi yarışmasının 1-ci yarımfinalı canlı yayımlanacaq.


Səmra Rəhimli "Miracle" mahnısı ilə 14-cü çıxış edəcək.


İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, "Eurovison 2016" Mahnı Müsabiqəsinin 1-ci yarımfinalı bu axşam saat 23 00-da İctimai TV-də canlı yayımlanacaq.


Azərbaycan iştirakçısı Səmra Rəhimli "Miracle" mahnısı ilə 14-cü çıxış edəcək. 2-ci yarımfinal mayın 12-si saat 23:00-da, final isə mayın 14-ü saat 23:00-da keçiriləcək.


Qeyd edək ki, bu ilki "Eurovision 2016" musiqi yarışması İsveçdə keçiriləcək.