İyunun qeyri-iş günləri məlum oldu

10 May 2016 17:00 (UTC+04:00)

Azərbaycanda iyun ayındakı qeyri-iş günləri bəlli olub.


Movqe.az xəbər verir ki, ay ərzində iki bayram iki bayram qeyd olunacaq. Belə ki, iyunun 15-i Milli Qurtuluş Günü, iyunun 26-sı isə Azərbaycan Silahlı Qüvvələri Günü olduğu üçün həmin tarixlər qeyri-iş günləridir.


Əmək Məcəlləsinə əsasən, iyunun 26-sı bazar gününə təsadüf etdiyindən, iyunun 27-si (bazar ertəsi) də qeyri-iş günü hesab ediləcək.