Novruz Məmmədov: Azərbaycan xalqı Heydər Əliyevin miras qoyduğu irsi daim qoruyacaq və heç zaman unutmayacaq

10 May 2016 17:50 (UTC+04:00)

Azərbaycan xalqı Heydər Əliyevin miras qoyduğu irsi daim qoruyacaq və heç zaman unutmayacaq.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" şəbəkəsindəki səhifəsində qeyd edib.N.Məmmədov yazıb: "Azərbaycan xalqı Dahi Lider Heydər Əliyevin bizə miras qoyduğu irsi daim öyrənəcək, qoruyacaq və heç zaman unutmayacaqdır. Həyatın mənasını xalqa xidmətdə görən, bu yolda ən çətin maneələri müdrikliklə aşan Ulu Öndər daim böyük ehtiramla xatırlanacaqdır".