Şəmkirdə silah alverçisi tutulub

10 May 2016 18:30 (UTC+04:00)

Gədəbəy sakini Şəmkirdə silah satarkən tutulub.


Movqe.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Qabil Məmmədcəfərov saxlanılıb. O, "Makarov" markalı tapançanı və ləvazimatlarını satarkən tutulub.


Q.Məmmədcəfərov tapança ilə yanaşı, 29 ədəd patronu və 2 ədəd patron darağını həmyerlisi Niyaməddin Hüseynova satarkən ələ keçib.


Polis tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.