Murad Bozun sürprizi Aslını kövrəltdi - fotolar

11 May 2016 10:42 (UTC+04:00)

Müğənni Murad Boz 31 yaşı tamam olan sevgilisi Aslı Enver üçün doğum günü partisi təşkil edib.


Movqe.az-ın məlumatına görə, partidə cütlüyün ailələri və yaxınları da daxil olmaqla sadəcə 25 nəfər iştirak edib. Tort kəsildikdən sonra Boz Aslı üçün çəkdirdiyi klipi izlətdirib. Klipin sonunda kövrələn Aslı sevgilisinə sarılaraq dodağından öpüb. 


Müğənni jurnalistlər foto çəkməsin deyə, məkanın işçilərindən xahiş edib ki, pəncərələri divandakı yastıqlarda tutsunlar. Gecənin sonunda ailələriylə birgə çölə çıxan cütlük evlilik suallarını da cavabsız buraxıb əl-ələ tutaraq avtomobillərinə miniblər.


Partidə jurnalistlərin sual vermək imkanı qazandığı M.Bozun atası Cafer Boz "Evlilik nə vaxtdır? Nəvə sahibi olmaq istəyirsiniz" suallarına "hər ata oğlunu evləndirib nəvə sahibi olmaq istəyər. Aslını çox sevirəm, amma bunlar təhlükəli suallardır" cavabını verib./axşam.az/