Çimərliklərlə bağlı yeni xəbər

11 May 2016 11:04 (UTC+04:00)

Gələn həftədən Abşeron yarımadasındakı çimərliklərdə dəniz suyunun yoxlanılmasına başlanılacaq. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Z. Kazımov deyib ki, Abşeron yarımadasında yerləşən çimərliklərdə dəniz suyundan nümunələr götürülərək həm bakterioloji və toksiki, həm də kimyəvi yoxlamalardan keçiriləcək: "Hava şəraiti ilə əlaqədar bu il monitorinqlərin keçirilməsi bir qədər gecikib. Nəzərdə tutmuşuq ki, gələn həftənin ilk iş günüdən çimərliklərdə dəniz suyundan nümunələrin götürülməsinə start verək".

Z. Kazımovun sözlərinə görə, çimərliklərdə sanitar vəziyyətə də nəzarət ediləcək. 

Z.Kazımov deyib ki,monitorinqlər əsasən dəniz suyunda kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin və bağırsaq çöplərinin olub-olmadığını müəyənləşdirmək məqsədi ilə aparılır: " Laborator analizlərin nəticələrinə əsasən, sonda çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək".