Prezidentin qızının toyunda 6 min qonaq olacaq - fotolar
11 May 2016 11:10 (UTC+04:00)
Mayın 14-də Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğanın qızı Sümeyya Erdoğanın toyudur.
Movqe.az-ın axşam.az-a istinadən məlumatına
görə, nikahın artıq dəvətnamələri ortaya çıxıb. 6 min nəfərin
dəvət edildiyi nikah mərasimində şahidlərdən biri baş nazir Ahmet
Davutoğlu olacaq.
Dəvətnamədə gül çələngi göndərmək istəyənlərdən
bunun yerinə əsgər və polislərə yardım fonduna pul köçürülməsi
xahiş olunur. Mərasimin baş tutacağı Küçükçekmecedə
yerləşən "Yahya Kemal Beyatlı Gösteri Merkezi"ndə hazırlıqlar
sürətlənib.
Avropanın ən böyük səhnəsi sayılan "Arenamega"
Ərdoğanın hakimiyyəti dövründə hazırlanıb. Açılışda prezident adı
bəyənmədiyi üçün dəyişdirilərək "Yahya Kemal Beyatlı" mərkəzi
adlanıb.