Güləşçilərimiz Dağıstanda 4 medal qazandı

11 May 2016 11:20 (UTC+04:00)

Dağıstan Respublikasının Çaroda rayonunda Sovet İttifaqı qəhrəmanı Əhməd Abdulməcidovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, turnirdə iştirak edən yeniyetmələrdən ibarət yığma komandanın üzvləri yarışlarda 2 gümüş və 2 bürünc medal qazanıb. Yalnız final görüşündə uduzan Elmar İbrahimov (58 kq) və Rəşad Yusifli (76 kq) gümüş medala yiyələniblər. Bürünc medalları isə yığmamıza Rəcəb Nuriyev (63 kq) və Ruhan Məmmədov (69 kq) qazandırıb.