Yeni serialından alacağı ödəniş dodaq uçuqlatdı

11 May 2016 13:00 (UTC+04:00)

Ekranlara bir müddət ara verən Halit Ergenç, rekord ödənişlə geri dönür. Binbir Gece, Aliye və Muhteşem Yüzyıl kimi seriallarda baş rolda oynayan Halit Ergenç önümüzdəki mövsüm "İzmir 1918" serialıyla ekranlara geri dönməyə hazırlaşır.


O3 Yapım'ın prodüserliyini boynuna götürəcəyi, Taylan Biraderler'in rejissor kreslosunda oturacağı dizi üçün Halit Ergenç rekord bir ödəniş alacaq. Ergenç'in yeni serialından qazanacağı rəqəm 4 milyon dollar (11 milyon 680 min manat).


İki illik ödənişini nağd alan Ergenç'in partnyoru olması üçün Songül Öden, Nurgül Yeşilçay kimi adların adı keçir. Halit Ergençin Cevat adlı bir vətənpərvəri  canlandıracağı serial  yeni  mövsümdə ekrana gələcək.


Serial üçün qısa müddətdə 5 kiloqram verən Ergenç'in, çəkilişlər başlayana qədər bir neçə kilo daha verməyi  planlaşdırdığı danışılır.