Nihat Hatipoğlunu şok edən görüntülər

11 May 2016 14:00 (UTC+04:00)

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ATV ekranlarında izləyicilərdən gələn sualları cavablandıran  Nihat Hatipoğlu, Azərbaycandan göndərilən görüntüləri təəccüblə izləyib. Görüntülərin Azərbaycan televizyalarında da yayınlandığını vurğulayan Nihat Hatipoğlu, "İki  uşaq yanğında vəfat edir . Yanğın əsnasında foto çəkilir ve iki cismin yuxarı doğru qalxdığı görülür. Bu görüntülərin uşaqların ruhu olub olmadığını soruşurlar" deyərək təəccüblə izləməyə davam edib.Bu açıqlamasının ardından görüntülərin yayına verilməsini istəyən Hatipoğlu şokunu gizləyə bilmədi. Görüntünün quşa  bənzəmədiyini deyən Hatipoğlu   "Hər şey olabilər. Cənabu Allah dilərsə məsum uşaqların ruhunun yuxarıya daşındığını göstərə  bilər" şəklində şərh edib.