Yeni planetlər tapılıb

11 May 2016 13:30 (UTC+04:00)

AFP-nin məlumatına görə, NASA günəş sistemindən kənarda 1284 yeni planetin tapılması xəbərini verib. Amerikanın kosmik agentliyi bir neçə gün davam edən şübhələrə mayın 10-da keçirilən internet-konfransda son qoyub. Bir ildə 1284 planetin tapılması rekord göstəricidir. NASA-nın baş elmi işçisi Ellen Stofan bununla əlaqədar deyib : "Bu tapıntı  imkan verir ki, Günəşə öxşar ulduzların əhatəsində biz Yer planetinin bacısını tapacağıq".