Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

11 May 2016 14:07 (UTC+04:00)

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.