İnstagramda boşluq tapan 10 yaşlı uşaq mükafat aldı

11 May 2016 20:30 (UTC+04:00)

Finlandiyalı 10 yaşlı uşaq foto-video paylaşım şəbəkəsi olan İnstagramda boşluq tapıb.

 

BBC-nin xəbərinə görə, Jani adlı məktəbli istifadəçilərin şərhlərini silən bir xətanı aşkarlayıb. İnstagramın sahibi olan Facebook boşluğun aradan qaldırıldığını açıqlayıb və məktəbliyə 10 min dollar mükafat verib.

 

 

Jani indiyədək proqram xətası tapıb mükafat alanların ən kiçiyidir. O, boşluğu fevral ayında aşkara çıxarıb və Facebooka e-mail göndərib. İnstagrama üzv olmağa yaşı çatmadığından, şirkət ona sınaq hesabı açaraq problemi sübut etməsini istəyib. Jani bu istəyi gerçəkləşdirib.

 

Facebook 2011-ci ildən bəri belə boşluqları tapanlara ümumilikdə 4.3 milyon dollar ödəyib.