Alimlər 5 Solomon adasının yer üzündən silinməsini təsdiqlədilər

11 May 2016 15:10 (UTC+04:00)

Avstraliya alimləri müəyyənləşdiriblər ki, Sakit okeanda yerləşən Solomon Adaları dövləti son 70 ildə 5 adasından məhrum olub. Adalar qrupunun 1947 və 2014-cü ilə aid şəkillərini tədqiq edən alimlər bu fikrə gəlmişlər. Müəlliflərin dediyinə görə, əvvəllər forolarda 33 ada görmək olurdusa, indi bu rəqəm 28- enib. Alimlər adaların itməsini suyuin səviyyəsinin qalxması ilə izah edirlər. Hesablamalar göstərir ki, son 20 ildə suyun səviyyəsi hər il 1 sm qalxıb. İtmiş adalar məskunlaşmamışdı və onların sahəsi 1 ha-dan 5 ha-a qədər idi. Solomon Adaları – eyniadlı və digər adalar qrupunu əhatə edən dövlətdir. Onun ərazisi ümumi sahəsi 28 450 km² olan 992 adadan ibarətdir.