Dəmir maskalı adamın sirri çözüldü - FOTO

12 May 2016 11:00 (UTC+04:00)

Tarixin ən böyük sirlərindən olan dəmir maskalı adamın əslində dəmir maska taxmadığı 350 il sonra ortaya çıxıb.


Movqe.az   bildirir ki, ABŞ-ın Kaliforniya ştatında Santa-Barbara Universitetinin professoru Paul Sonnino "Dəmir maskalı adam üçün araşdırma" kitabında dəmir maskalı adam Eustac Doqerin həbsə məhkum olduğu zaman üzünü ziyarətçilərə göstərməmək üçün dəmirdən deyil, məxmərdən bir maska taxdığını açıqlayıb.

 

Qeyd edək ki, Eustac Doqer IV Lüdovikin nikahdankənar oğludur. O öz qardaşını satdığı üçün ömürlük həbsə məhkum edilib. Onun üzündəki maskanın dəmirdən olub-olmaması isə bu günə qədər sirr olaraq qalırdı./axar.az/