Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

12 May 2016 11:25 (UTC+04:00)

Dağlıq Qarabağda 1996-cı il təvəllüdlü hərbi qulluqçu Armen Martirosyan ölüb.

 

Movqe.az-ın verdiyi xəbərə görə, hadisə mayın 11-də axşam saat 20:00 radələrində baş verib. Erməni tərəfi əsgərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində öldüyünü iddia edir.

 

Qeyd edək ki, erməni silahlı bölmələrinin sutka ərzində atəşkəsi dəfələrlə pozmasından sonra Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 136 dəfə atəş zərbəsi endirib./"news.am" /