Məşhurlar "əsl donuz əti" kampaniyasında - FOTO

12 May 2016 15:00 (UTC+04:00)

Britaniyada "Turn Your Nose Up" kampaniyası başlanıb. Ölkədə donuz əti istehlakının kütləvi artımına etiraz aksiyasının təşəbbüskarı "Farms Not Factories" təşkilatıdır.

Təşkilat britaniyalıları nəhəng donuzbəsləmə fabriklərində yetişdirilmiş donuzların yox, fermalarda, kəndlilərin bəslədikləri donuzların ətindən hazırlanmış məmulatları almağa çağırırlar.

Movqe.az milli.az-a istinadən bildirir ki, kampaniyanın fotolayihəsinə Stinq, Trudi Stayler, Stiven Fray, Ceymi Oliver, Hyu Qrant, Ceremi Ayrons, Lesli Eş, Helen MakKrori, Helen Bonem Karter, Dominik Uest, Rupert Everett, Sedi Frost, Vivyen Vestvud qatılıblar.