12 May 2016 13:45 (UTC+04:00)

"Azərbaycan və Ermənistan prezidentləri Serj Sarkisyan və İlham Əliyev mayın 16-da Vyanada görüşə bilər".

 

Movqe.az-ın xəbərinə görə, bu barədə Rusiyanın  "İnterfaks" agentliyi məlumat yayıb.

 

"İstisna deyil ki, prezidentlərin görüşü mayın 16-na təyin olunacaq", - deyə agentlik qeyd edib.

 

Hələlik tərəflərin rəsmi mənbələri prezidentlərin mümkün görüşü barədə şərh verməyib.

 

Qeyd edək ki, görüşdə həmsədr ölkələrin xarici işlər nazirlərinin də iştirakı gözlənilir./apa/