Əxlaqsız qadın "həmkar"ını boğub şaqqaladı

12 May 2016 19:30 (UTC+04:00)

Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində "həmkar"ını boğaraq öldürən əxlaqsız qadın həbs olunub.Movqe.az milli.az-a istinadən bildirir ki, ötən ilin oktyabrın 15-də A.M. adlı, 28 yaşlı bu qadın həmkarı, əxlaqsızlıqla məşğul olan 23 yaşlı qadınla mübahisə edib. Müştəri üstündə mübahisə az sonra davaya çevrilib və A.M. qurbanını əvvəlcə vəhşicəsinə döyüb, sonra boğaraq öldürüb. Bundan sonra o, cəsədi şaqqalayıb və şəhər kənarındakı meşəlikdə bir neçə yerdə basdırıb.

İrkutsku tərk etmiş A.M. Petropavlovsk-Kamçatkada yaşayırdı.