Vergilər Nazirliyinin xətti ilə büdcəyə 2,2 milyard manatdan çox vəsait daxil olub

12 May 2016 16:40 (UTC+04:00)

2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 manat vəsait daxil olub.


Nazirliyin Analitik-informasiya şöbəsindən Movqe.az-a verilən məlumata görə, bununla da proqnoz tapşırığına 104,8 faiz əməl edilib.


Hesabat dövründə 37 080 vergiödəyici qeydiyyata alınıb.