Astarada avtobus qəzası: 4 nəfər öldü

13 May 2016 11:09 (UTC+04:00)

Ələt Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb."Ford" markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.