Serdar Ortaçdan xanımına jest

13 May 2016 12:11 (UTC+04:00)

"Rengli Sayfalar" proqramında qonaq olan türkiyəli müğənni Serdar Ortaç xanımına jest edib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni xanımına sərbəstlik verdiyini etiraf edib: "Həyat yoldaşımı öz yerimdə təsəvvür edirəm. 23 yaşında olsaydım, həyatımı istədiyim kimi yaşamaq istərdim. Həmin yaşda biri yanıma yaxınlaşsaydı, baxmazdım belə, dünya mənim idi o zamanlar. O da yaşasın. "Ərim mənə bunları etməyimə icazə vermədi" deməsin. Yaxın dostlarım belə, "nə cür adamsan, bu qədər geniş ürəkli olmaq olarmı?" deyirlər. Mən xanımımı çox sevirəm, onun da məni sevdiyini düşünürəm".