Bakıda polis bölməsində ölüm

13 May 2016 12:26 (UTC+04:00)

Bakıda polis bölməsində ölüm hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 1-ci Polis Bölməsində qeydə alınıb. İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov polis bölməsinin həyətində səhhəti qəfildən pisləşib və ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.