Bakıda 23 yaşlı qız faciəvi şəkildə öldü

13 May 2016 13:10 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, Sabunçu rayonu ərazisində Şəhər şosesində "Mercedes" markalı, 90 HA 846 dövlət qeydiyyat nişanlı avtomobil 20-25 yaşlı qızı vurub öldürüb. Araşdırma nəticəsində ölən qızın 1993-cü il təvəllüdlü Tahirova Tahirə Kamil qızı olması müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.