Sular kəsiləcək

13 May 2016 13:32 (UTC+04:00)

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yeni tikilmiş +54 "Ramana" su anbarına birləşmənin verilməsi ilə əlaqədar  bu gün saat 15:00-dan etibarən gün ərzində  Bülbülə, Əmircan və Bakıxanov qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.