Ermənilər yaşlıları və qadınları Qarabağa toplayır

13 May 2016 17:40 (UTC+04:00)

Ermənilər Qarabağa canlı qüvvə toplamağa davam edir.


Movqe.Az baku.ws-ə istinadən bildirir ki, insan resursu az olduğu üçün orduya canlı qüvvə toplamaqda çətinlik çəkən Ermənistan Müdafiə Nazirliyi yaşlıları və qadınları Qarabağa göndərir.

Aralarında çox sayda yaşlı kişilərin olduğu könüllülərdən ibarət batalyonda qadınlar da diqqət çəkir. Tarixən müharibədə qadınları və yaşlıları qabağa verən ermənilər, görünür, bu murdar xislətdən hələ də əl çəkməyiblər.