Maşınlardan oğurluq edən şəxsin cəzası artırıldı

13 May 2016 18:59 (UTC+04:00)

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Tahir Atakişiyev barəsində birinci instansiya məhkəməsinin hökmündən prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb. Movqe.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Yeni hökm oxunub. Yeni hökmə əsasən T.Atakişiyevin 11 aylıq cəzası artırılaraq 4 il müddətinə çatdırılıb.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il oktyabr ayının 23-də Bakının Binə qəsəbəsində baş verib. Paytaxt sakini T.Atakişiyev dayısı Fəqan Əliyevlə birgə Əmiraslan Ələkbərova məxsus "TOFAŞ" markalı avtomobillərdən 200 manat və maqnitafon, Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus "Volkswagen" markalı avtomobildən isə 2 min manat pul, maqnitofon və sənəd oğurlamalarında sübhəli bilinib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə T.Atakişiyev 11 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokurorluq  protesti verib.