12 nəfər Ağdaşdan deputatlığa namizəd oldu

13 May 2016 22:30 (UTC+04:00)

"İndiyədək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyənlərdən biri qeydə alınıb".Movqe.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, bu, hakim Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur. MSK sədri bildirib ki, indiyədək 12 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: "Onlardan 4 nəfəri imza vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edib".