Ermənilər gücsüzlüklərinin açıq etiraflarına başladılar

14 May 2016 09:15 (UTC+04:00)

Ermənistanda onların Azərbaycandan dəfələrlə zəif olması barədə artıq real ictimai rəy formalaşıb. Artıq müxtəlif səviyyədə bu, açıq etiraf olunur. Məsələn, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəsi, general-mayor Vitali Balasanyan bildirib ki, bu gün Azərbaycanın müasir ordusu var: "Onlar ciddi şəkildə müharibəyə hazırdırlar. Son əməliyyat göstərdi ki, Azərbaycan Ordusu taktiki planda zəif deyildi. Bunu qiymətləndirmək lazımdır.

İtkilərə baxmayaraq, Azərbaycan tərəfi hərbi baxımdan çox savadlı döyüş aparıb. Bunu qiymətlənidrməmək olmaz. Cəbhə xəttinin bütün yolları artilleriya atəşi altında idi. Bu, çox savadlı döyüş idi. Azərbaycanlılara hucum etmək asan oldu, ona görə ki, onların pilotsuz təyyarələri vardı. Bunun nəticəsində onlar yuxarıdan döyüşə nəzrət edə biliridilər".

Cəmiyyətdə ruh düşkünlüyü o həddə çatıb ki, artıq müharibə olacağı təqdirdə Azərbaycana keçməyin mümkünlüyü müzakirə edilir. Qarabağ erməniləri deyir ki, varlılar davranışlarını dəyişməsələr, hər şeyi öz mülkiyyəti saymağa davam etsələr, sadə camaat buna dözməyəcək. Onların sözlərinə görə, Dağlıq Qarabağda dördgünlük müharibədə əsgərin azuqəsi onlardan yığılıb. Dağlıq Qarabağda yaşayan ermənilər xunta rejiminin rəhbərinə müraciətə hazırlaşırlar. Qeyd olunur ki, əgər Serj Sarkisyan onların müraciətinə məhəl qoymazsa, könüllü Azərbaycan tərəfə keçəcəklərini də bildiriblər.

Bir sıra analitiklərin fikrincə, cəmiyyətdəki psixoloji sarsıntı Ermənistanı iqtidarını nələrəsə vadar edə bilər. Bunun danışıqlarda da özünü göstərməsi mümkündür.

|Politoloq Tofiq Abbaslı bildirdi ki, ötən bu illər ərzində Azərbaycanda böyük irəliləyişlər baş verdi: "Ümumiyyətlə, hazırda qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib. Həm mütəşəkkillik, həm hərbi potensial, həm iş qabiliyyəti, həm də ordu məsələlərinin həlli baxımından Azərbaycan bir neçə dəfə Ermənistanı üstələyir. Əgər yenə də genişmiqyaslı əməliyyatlar başlayarsa, Azərbaycan müharibəni aparmağa və udmağa hazırdır. Ölkəmiz artq üstün potensiallı tərəf kimi özünü təsdiq edib. Buna heç bir şübhə yoxdur. Aprel döyüşləri göstərdi ki, Ermənistan Azərbaycana uduzduğundan Rusiyanı, İsraili, Qazaxıstanı, Belarusu və digər ölkələri ittiham etdi. Onlara öz narazılıqlarını bildirdi ki, niyə Azərbaycan ilə hərbi sahədə əməkdaşlıq edirlər. Tək bu amili göstərməklə demək olar ki, düşmən ölkə Azərbaycandan qorxur. Bilir ki, Azərbaycan qarşısında duruş gətirə bilməyəcək. Odur ki, rəsmi İrəvanın sülh prosesinə etinasız yanaşmağının dövrü bitdi.

Ermənistana anlatdılar ki, danışıqlar masasına gəlməlisən. Əgər bu, baş verməsə, Azərbaycanın istkləri gerçəkləşəcək. Bunu da indi İrəvanda siyasi rəhbərlik gözəl anlayır. Azərbaycan haqq işində istənilən variantı seçə bilər. Heç bir beynəlxalq qurum da Azərbaycanı bu işdən yayındıra bilməz. Çünki, bizim qonşu dövlətə qarşı iddiamız yoxdur. İstəyimiz sadəcə, BMT-də təsbit olunmuş qədər ərazilərimizin bərpasıdır. Bu da bütün beynəlxalq qanunlara cavab verən tələbdir".

Digər siyasi şərhçi Adıgözəl Məmmədov bildirdi ki, Azərbaycanın öz hərbi potensialına görə Ermənistandan qat-qat üstün olması danılmaz faktdır: "Bunu bir çox ekspertlər, dövlətlər də təsdiqləyirlər. Burada rəqəmlər öz sözünü deyir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.

Eyni zamanda, əhali sayı baxımından da düşmən ölkədən qabaqdayıq. Azərbaycanda əhalinin sayı 10 milyona çatır. Hazırda Ermənistanda 1.5 milyon əhali qalıb. Aprel döyüşləri zamanı Azərbaycan Ordusu hərbi potensialının 4%-ni göstərib. Ordumuzun inventarında elə silahlar var ki, zamanı gələndə düşmən onların "soyuq duş" effektini görəcək. Eyni zamanda, Azərbaycan özünün hərbi potensialını hərtərəfli inkişaf etdirir. Ermənistandan fərqli olaraq Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi var. İstehsal etdiyimiz silahların bəzi göstəricilərinə görə dünyada analoqu yoxdur. Dünyanın aprıcı dövlətləri ilə əməkdaşlıq edirik. Qarşı tərəf isə əlbət ki, gücümüzün bir hissəsini bilir. Azərbaycan Ordusu yalnız Ali Baş Komandanın əmrini gözləyir. Belə bir əmr olarsa, antiterror əməliyyatlarına başlayacaq. Çünki, Ermənistanın əməlləri terror fəaliyyətidir".