Hamilə Ayşvariya Ray qırmızı xalıda - fotolar

14 May 2016 15:30 (UTC+04:00)

Bollivudun məşhur aktrisası Ayşvariya Ray "Kann kinofestival-2016"nın açılışında iştirak edib. 

Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, qırmızı xalı üzərinə çıxan 42 yaşlı hind aktrisası cazibədarlığı ilə hər kəsi heyran edib. Hind gözəlinin hamiləliyi də diqqətdən qaçmayıb.

Xatırladaq ki, aktrisa məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə evlidir. Cütlüyün 5 yaşlı qızı var.