Beyni yaşlandıran gen tapılıb

20 Aprel 2012 14:38 (UTC+04:00)
Beynəlxalq qrupun apardığı tədqiqatlada , beynin  hafizə  və istiqamət tapmaqda böyük  rol oynayan hipokampus bölgəsindəki  gen  mutasiyalarının beynin yaşlanmasını sürətləndirməsi ilə bağlı olduğu  aşkar olunub.
Mövqe.az Nature Genetics jurnalına istinadən bildirir ki,  nümayiş olunan araşdırmalarda bu genlərin beyni təxminən 4 il tez yaşlandırdığı müəyyən olunub.
Araşdırmalarda 56-84 yaşındakı 9 mindən çox adamın genləri tədqiq olunub .
Kaliforniya Universitetində tədqiqatları aparan  Çarles DeCarli hipokampusun yaşlandıqca kiçildiyini , lakin bu kiçilmənin Alzheimer xəstəliyinə yoluxma riskini artıra biləcəyini vurğulayıb
Əfqanə Məzahirqızı