Gürcüstanın Müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

14 May 2016 20:00 (UTC+04:00)

Gürcüstanın Müdafiə nazirinin Azərbaycana səfəri başlayıb.Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.