"Qəbələ"yə kubok təqdim olundu

14 May 2016 21:00 (UTC+04:00)

Əvəzedicilərin yarışında 35-ci turun oyunları keçirilib.

 

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, doğma meydanda AZAL-ı qəbul edən "Qəbələ" 3:1 hesabı ilə qalib gəlib. Bu matçının ardından əvəzedicilərdən ibarət komandaya çempionluq kuboku və qızıl medallar təqdim olunub


Xatırladaq ki, "Qəbələ"nin əvəzediciləri sona 4 tur qalmış çempionluğunu elan etmişdi.