46 yaşlı müğənni makiyajsız belə görünürmüş - fotolar

14 May 2016 21:30 (UTC+04:00)
Müğənni Qeven Stefani İnstaqramda makiyajsız fotolarını paylaşıb.

Movqe.az-ın məlumatına görə, hamilə olduğu deyilən 46 yaşlı ifaçının görüntüsü çoxları tərəfindən bəyənilsə də, bəzi istifadəçiləri təəccübləndirib. Onlar müğənninin tam fərqli göründüyünü, saçlarını rəngləsə daha gənc görünə biləcəyini yazıblar.

Qeyd edək ki, Q.Stefani keçən il üç uşaq dünyaya gətirdiyi  Qevin Rossdeyldən boşanmış və bir müddət sonra həmkarı Bleyk Şeltonla sevgili olduğunu açıqlamışdı./axşam.az/