TASS erməni müğənnini Azərbaycan nümayəndəsi kimi təqdim etdi

15 May 2016 10:00 (UTC+04:00)

Virtualaz.org xəbər verir ki, Rusiyanın TASS informasiya agentliyi özünün "Twitter" səhifəsində "Eurovision" mahnı müsabiqəsində baş verənləri canlı yayımladığı zaman yanlışlığa yol verib. Belə ki, Ermənistan nümayəndəsi İvetanın çıxışından dərhal sonra TASS onu... Azərbaycan müğənnisi kimi təqdim edib.