Türkiyə təyyarəsinin ekipaj komandirinə İsraildə gecələməyə icazə vermədilər

15 May 2016 10:30 (UTC+04:00)

"Türkiyə Hava Yolları" aviaşirkətinin təyyarəsinin ekipaj komandirinə İsraildə gecələməyə icazə verilməyib. Virtualaz.org İsrail mətbuatına istinadən xəbər verir ki, buna səbəb THY pilotunun İran vətəndaşı pasportunu daşıması olub. Bildirilir ki, pilot gecəni Tel-Əvivin mehmanxanalarından birində keçirmək istəyirmiş. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları ona Ben-Qurion hava limanının ərazisini tərk etməyi qadağan ediblər. Nəticədə, pilot elə ilk reyslə Türkiyəyə qayıtmağa məcbur olub.