Kazino sahibi Donald Trampa 100 milyon dollar bağışlayacaq

15 May 2016 11:00 (UTC+04:00)

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizədliyini praktiki olaraq təmin etmiş Donald Tramp 100 milyon dollar həcmində yardım alacaq. Movqe.az TASS agentliyinə istinadən xəbər verir ki, bu həcmdə vəsaiti Trampın seçki kampaniyasına Amerikanın ən varlı adamlarından biri — kazimo sahibi Şeldon Adelson təqdim edəcək. Bu barədə məlumatı "The New York Times" qəzeti verib.


Seçki kampaniyasını şəxsi vəsaiti hesabına davam etdirən Donald Tramp bu yaxınlarda bildirmişdi ki, onun daha 1 milyard dollara ehtiyacı ola bilər.


82 yaşlı Adelson Las-Veqasdakı "Sands" kazinosunun sahibidir və Respublikaçılar partiyasının ən iri donorlarından biridir. 2012-ci ildə o, partiyanın ehtiyacları üçün 98 milyon dollar həcmində ianə verib.