Türkiyənin müdafiə naziri Azərbaycana səfərə gəlib

15 May 2016 12:00 (UTC+04:00)

Türkiyənin müdafiə naziri İsmət Yılmaz Azərbaycana səfərə gəlib. Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 14-də günün ikinci yarısında Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.