Bakının daşınmaz əmlak bazarında qiymətlər enməkdə davam edir

15 May 2016 15:00 (UTC+04:00)

Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər apreldə martla müqayisədə bir az azalıb. Qiymətlərdə manatla 3.59 faiz, ABŞ dolları ilə isə 0,52 faiz azalma müşahidə olunur. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, yeni mənzillərin manatla qiyməti orta hesabla 2.24 faiz azalıb (dollarla 1.02 faiz artım) . Təkrar mənzil bazarında manatla qiymətlər 1,57 fazi düşüb (dollarla 1,71 faiz artım). Fevral ayı ilə müqayisədə martda kommersiya obyektləri bazarında manatla qiymətlər 8.55 faiz düşüb, dollarla isə 6.23 faiz enib.