Qazaxıstan fahişələri Nazarbayevə müraciət etdi

15 May 2016 17:30 (UTC+04:00)

Qazaxıstanda fahişələr bir sıra yüksək vəzifəli məmurlara, o cümlədən, ölkə prezidenti Nursultan Nazarbayevə açıq məktubla müraciət ediblər. Müraciətdə bildirilir ki, neftin qiymətinin ucuzlaşması səbəbindən seks industriyasının bazarı sıxışdırılır. "Hamı kasıblayıb. Biz indi şəratsiz yerlərdə, avtomobil və keçidlərdə xidmət göstərməyə məcburuq!" - fahişələr yazıblar. Seks industruyasının işçiləri iddia edirlər ki, onların xidmətlərindən istifadə edən əksər insanları tanıyırlar. Fahişələr şikayət edirlər ki, vasitəçilər, sutenyorlar, polislər, sauna, mehmanxana və gözəllik salonlarının sahibləri qiymətləri qaldırıblar. "Yeni qəbul edilən Əmək Məcəlləsində jurnalistika kimi qədim sənət olan işimiz barədə heç bir söz deyilmir. Bu bizi hiddətləndirir", - müraciətdə deyilir.

Həmçinin Qazaxıstan fahişələri Özbəkistan, Qırğızıstan və Ukraynadan olan qızların ölkədə qeyri-qanuni fəaliyyət göstərərək onlara rəqabət yaratdıqlarını bildiriblər.Bu səbəbdən fahişələr mövcud qanuna dəyişiklik olunaraq kommersiya seksinin qanuniləşdirilməsini, fahişələrin vətəndaş hüquqlarının qorunması və təhlükəsiz əmək şəratinin yaradılmasını tələb edirlər."Biz sivil, tibbi baxımdan təmiz seks dünyasının yaradılmasına çağırırıq. Büdcəyə də vergi ödəməyə hazırıq, bu az məbləğ deyil!", - qızlar yazırlar.Müəlliflər həmçinin "kommersiya seks işçiləri" adını rəsmi olaraq işlədilməsini tələb edirlər. Onlar digər müraciətləri təhqiramiz sayırlar.

Fahişələr həmçinin höküməti QİÇS və cinsi yolla keçən digər xəstəliklərə qarşı mübarizəni artırmağa çağırırlar.

"Qızların əksəriyyəti tez-tez xəstələnir. Qırğızıstan, Özbəkistən və Ukraynadan gələn qızlar vəziyyəti daha da çətinləşdirirlər", - müraciətdə deyilir.Fahişələr tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyasına çıxacaqlarını bildiriblər.

"Biz bilirik ki, çoxları bizi gizli dəstəkləyir və sevir. Bütün bunların açıq etməyin vaxtı çatıb!", - müəlliflər yekunlaşdırıblar.(oxu.az)