Hindistan ballistik raket sınaqdan çıxarıb

15 May 2016 18:30 (UTC+04:00)

Hindistan öz istehsalı olan orta mənzilli yer-yer tipli "Prithvi-II" raketini uğurla sınaqdan çıxarıb.

Movqe.az-ın ANI agentliyinə istinadən verdiyi məlumata görə, raket Çandipur poliqonunda sınaqdan çıxarılıb.

"Prithvi-II" 350 km məsafədə hədəfi vurub. Raket 500 kq – 1 ton ağırlıqda döyüş başlıqları daşıyır.