Moodychr("39")s Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanın reytinqini aşağı saldı

15 May 2016 21:30 (UTC+04:00)

Moody's, Səudiyyə Ərəbistanı, Bəhreyn və Omanın kredit reytinqini endirildiyi açıqlayıb. Moody's Küveyt və Qətərin reytinqində isə hər hansı bir dəyişikliyə getməyib.

Moody's dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının uzunmüddətli kredit reytinqini "A1" səviyyəsindən 1 pillə aşağıya "Aa3" səviyyəsinə endirib.

Neftin barrelinin qiyməti 2014-ün ortasındakı 100 dolların üzərindən bu ilin Yanvar-Fevralında 30 dollara qədər endikdən sonra, 47 dollar səviyyəsinə qədər qalxıb.

Moody's açıqlamasında, "Aşağı iqtisadi artım, yüksək borc səviyyəsi Səudiyyə Ərəbistanını gələcək şokları idarə etmək məsələsində daha pis vəziyyətdə qoyur" deyilir.

Moody's, Omanın reytinqini "A3"dən "Baa1"ə və Bəhreynin reytinqini "Ba1"dən "Ba2"yə salıb. Moody's, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin kredit reytinqində bir dəyişikliyə getməsə də bu ölkələrin kredit reytinqlərini "neqativ" qiymətləndirməyə götürüb.