Azəırbaycana xaricdən göndərilən pullar kəskin azalıb

15 May 2016 22:00 (UTC+04:00)

2016-cı ilin I rübündə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət mal və xidmət ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir etmişdir.

Movqe.az -ın məlumatına görə, Mərkəzi Bankın 2016-cı ilin Yanvar-Mart ayları üzrə Pul Siyasəti İcmalıda deyilir ki, ilkin rəqəmlərə əsasən 2016- cı ilin I rübündə ölkəyə daxil olan pul baratları 173.5 mln. ABŞ dolları təşkil etmişdir.

Ölkəyə 2014-cü ilin I rübündə 350 milyon dollar, 2015-ci ilin I rübündə isə 234 milyon dollar pul baratları daxil olmuşdu. Beləliklə, 2014-cü ilin 1-ci rübü ilə müqayisədə ölkəyə daxil olan pul baratlarının məbləği 2 dəfə azalıb.