Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər

16 May 2016 09:20 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mayın 16-da İrana səfər edəcək. Movqe.az xəbər verir ki, bunu Trend-ə İranın Azərbaycandaki səfiri Möhsün Pakayin deyib.


Onun sözlərinə görə, Elman Rüstəmovun səfəri iranlı həmkarının dəvəti əsasında baş tutacaq.


"Elman Rüstəmov İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya ilə görüş keçirəcək", - deyə səfir bildirib.


Həmçinin Möhsün Pakayin bildirib ki, Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər.