Dünya birjalarında neft bahalaşıb

16 May 2016 09:43 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar artaraq 46,85 dollar təşkil edib.

Movqe.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,62 dollar artaraq 48,45 dollar olub.