İstanbulda partlayış olub, yaralananlar var

16 May 2016 09:52 (UTC+04:00)

Türkiyənin İstanbul şəhəri Maltəpə adlanan ərazidə körpünün altında partlayış baş verib.

 

Movqe.az-ın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

 

İlkin məlumata əsasən, körpünün altında səs bombası partladılıb.  Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.