"Izvestiya": Venesiya parlamenti Krımı Rusiyanın tərkib hissəsi kimi tanımağa hazırlaşır

16 May 2016 10:15 (UTC+04:00)

Venesiya parlamenti mayın 18-də Krımın Rusiyanın tərkib hissəsi olaraq tanınmasına səs verməyə hazırlaşır.

 

Movqe.az-ın xəbərinə görə, "İzvestiya" nəşri yazır ki, müvafiq qətnamə parlamentə mayın 18-də təqdim ediləcək və səsvermə də həmin gün baş tutacaq.

 

Bununla da, Venesiya regionu Avropada Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyan ilk bölgə ola bilər.

 

"İstərdim ki, İtaliya hökuməti strateji səhv etməsin. Anti-Rusiya sanksiyaları və Krımın Rusiyanın tərkib hissəsi olaraq tanınmaması səhvdir. Bizim regionun iqtisadiyyatı bu məhdudiyyətlərin nəticələrini digərlərindən çox hiss etdi. Son yarım il ərzində itkilərimiz milyardlarla dollar təşkil edib", - deyə deputat Stefano Valdeqamberi "İzvestiya"ya açıqlamasında bildirib.

 

Deputatların, həmçinin Rusiyaya qarşı sanksiyaların əleyhinə səs verəcəyi bildirilir.

 

Qeyd edək ki, səsvermənin təşəbbüskarları 25 parlamentar olub.